18 C
Baku
Friday, November 22, 2024

“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun üzləşə biləcəyi risklərə toxunub

Nüfuzlu reytinq agentliyi “Fitch Rating” Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) uzunmüddətli xarici və yerli valyutada emitentin defolt reytinqini “Stabil”dən “Pozitiv”ə (müsbət) dəyişdirib və “BB+” səviyyəsində təsdiqləyib.

Bunu Banker.az reytinq agentliyinə istinadən xəbər verir.

“Fitch” Fondun dövlətin möhkəm dəstəyindən faydalanmağa davam etdiyini qeyd edir. “Sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlətdən hər il kapital qoyuluşu alır ki, bu da 2021-2022-ci illərdə 166 milyon manat təşkil edib”.

Mərkəzi Bankın fondun istiqrazlarının geri alınması zəmanəti dəstəyin digər formasıdır. Bu, Mərkəzi Bankın sorğu əsasında fondun istiqrazlarını istiqraz sahiblərindən geri almaq öhdəliyini nəzərdə tutur. İKZF-nin tədavüldə olan istiqrazlarının 30%-dən çoxu Mərkəzi Bankın əlində olduğu bildirilir.

“Fond ölkədə gəlir vergisindən azad olan dörd təşkilatdan biridir. Dövlət fondun istiqrazlarının və onun məhsullarının xüsusi risk qrupları üzrə təsnifatı vasitəsilə dolayı dəstək göstərir və onları banklar üçün daha cəlbedici edir”- deyə, reytinq agentliyi deyir.

Reytinq agentliyi qeyd edir ki, AMB və siyasi təsirin ən azı ortamüddətli perspektivdə quruma güclü dəstək göstərəcəyini gözləyir.

“Dövlət 2023-cü ildə 100 milyon manat maliyyələşdirməyi planlaşdırır. Bu vəsaitin böyük hissəsi sosial ipoteka ilə təmin olunmaqla yanaşı, həm də KOS-lara kreditlərin subsidiyalaşdırılmasının maliyyələşdirilməsini əhatə edir”.

Qeyd edilir ki, ölkədə əhalinin ucuz mənzillə təmin edilməsi hökumətin əsas strateji prioritetlərindəndir. Fond ölkədə heç bir potensial əvəzedicisi olmayan subsidiyalaşdırılmış ipoteka kreditləri vermək hüququna malik yeganə qurumdur. Rəhbərliyin hesablamalarına görə, hazırda ölkənin ev təsərrüfatlarına verilən ipoteka kreditlərində fondun payı 80%-ə çatır.

“Potensial maliyyə sıxıntısı”

Fitch hesab edir ki, ölkənin milli mənzil siyasətinin həyata keçirilməsində dövlət agenti kimi, İKZF ipoteka bazarına aşağı qiymətli maliyyələşdirməni yönəldir və ipoteka kreditlərini əhali üçün əlverişli edir. Bu, İKZF-i maliyyələşməyə müntəzəm çıxışdan asılı edir. Buna görə də, “Fitch”in fikrincə, fondun “potensial maliyyə sıxıntısı” onun əsas fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərərək, milli mənzil siyasətinin həyata keçirilməsinə “təhlükə” yaradacaq və bunun ciddi sosial-siyasi nəticələri olacaq.

“Fond daxili istiqraz bazarının daimi və ən böyük iştirakçılarından biridir. “Fitch”in fikrincə, onun defolt olması milli maliyyə sisteminə inamı əhəmiyyətli dərəcədə azaldacaq və suveren və digər milli GRE-lər (hökumətlə əlaqəli qurumların reytinqi) üçün maliyyə vəsaitinin mövcudluğuna və dəyərinə təsir göstərəcək”- deyə, Fitch bildirir və əlavə edilir ki, “Fondun xarici kapital bazarlarına çıxışı yoxdur”.

Bəyanatda, Fondun qeyri-kommersiya təşkilatıdır və mənfəət onun məqsədi deyil, lakin “aşağı qiymətli maliyyələşdirmə ilə dəstəklənən gəlirlilik nümayiş etdirməkdə” davam etdiyi qeyd edilir.

2021-ci ildə fond kredit portfelinin 30% genişləndirilməsi hesabına bir il əvvəlki 7.2 milyon manatdan 14.0 milyon manat mənfəət əldə edib. İpoteka portfelinin keyfiyyəti sabit qalır, vaxtı keçmiş kreditlərin ümumidə payı 0.1%-dən azdır.

İKZF-in borcunda ipoteka və təminatlı istiqrazlar üstünlük təşkil edir ki, bu da fondun məlumatına görə, 31 oktyabr 2022-ci il tarixinə ümumi borcun 85%-ni təşkil edir. Digərləri isə açıqlanmır. Mərkəzi Bank fondun ödənilməmiş borcunun 30%-dən çoxunun istiqraz sahibi olduğu və qalan hissəsi isə kommersiya banklarının əlində oldunuğu bildirilir.

Açıqlamada Fondun nağd vəsaiti 31 oktyabr 2022-ci il tarixinə 43.5 milyon manat təşkil etməsi vurğulanır və “demək olar ki, tamamilə Mərkəzi Bankın Nostro hesablarında” saxlanılmasına işarə edilir.

“Əlavə likvid aktivlərə 39 milyon manat kommersiya banklarındakı depozitlər və 92.2 milyon manat dövlət istiqrazları daxildir”- deyə, açıqlamada deyilir.

 

Son xəbərlər
Digər xəbərlər