“Fitch Ratings” İtaliyanın reytinqini “BBB-” səviyyəsindən “BBB” səviyyəsinə endirib.
Banker.az xəbər verir ki. bu barədə agentliyin mesajında deyilir.
“Reytinqin endirilməsi Covid-19 pandemiyasının İtaliya iqtisadiyyatına və dövlətin maliyyə vəziyyətinə əhəmiyyətli təsirini əks etdirir. Fitch 2020-ci ildə ÜDM-nin 8% azalacağını proqnozlaşdırır”, – analitiklər bildirirlər.
Əgər koronavirusun yayılmasının qarşısı 2020-ci ilin ikinci yarısında alınsa, 2021-ci ildə iqtisadiyyatın bərpa olmağa başlamasını gözləyə bilərik. Lakin ekspertlərin qiymətləndirmələrinə görə, infeksiyanın ikinci dalğası 2020 və 2021-ci illərdə göstəricilərin zəifləməsinə səbəb ola bilər.