“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2019-cu il iyulun 19-da Azərbaycanın yenilənmiş suveren reytinqini dərc etməyi planlaşdırır. Bu barədə “Fitch”dən məlumat verilib.
“2019-cu il yanvarın 25-də biz Azərbaycanın yeni reytinqini dərc etdik. Bizim hesablamalarımıza görə bu reytinq 19 iyul tarixində dərc olunacaq”, – deyə agentlikdən qeyd ediblər.
Xəbər verildiyi kimi, “Fitch Ratings” cari ilin yanvar ayında Azərbaycanın yerli və xarici valyutada emitent defoltunun uzunmüddətli reytinqini “sabit” proqnozla“BB+” səviyyəsində təsdiq edib.
Azərbaycan hökuməti kredit reytinqinin ən azı bir pillə yaxşılaşacağına ümid edir.
“Fitch”in qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycanda ÜDM 3,5%, 2020-ci ildə 3,6% artacaq.
İnterfax Azərbaycan