“Fitch” koronavirusa görə qlobal iqtisadi artım proqnozunu azaldıb

“Fitch” agentliyi 2020-ci il üçün qlobal iqtisadi artım proqnozunu 1,9% azaldıb. Xatırladaq ki, hələ iki həftə öncə analitiklər tənəzzül yox, iqtisadi artım gözləyirdilər.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Biz 2020-ci ildə dünyada iqtisadi aktivliyin 1,9% azalacağını gözləyirik. ABŞ-ın ÜDM-u 3,3%, Böyük Britaniyanın 3,9%, avrozonanın isə 4,2% azalacaq.

Agentliyin baş iqtisadçısı Brayan Koultonun fikrincə, qlobal iqtisadiyyatın eniş proqnozu maliyyə böhranına uyğun gəlsə də, “ilin birinci yarısında işgüzar fəallığa və iş yerlərinə dəyən zərbə daha pis olacaq”.

Qeyd edildiyi kimi, inkişaf etməkdə olan bazarlarda korporativ istiqrazlar üzrə gəlirlərin artması, qlobal maliyyələşmə şərtlərini sərtləşdirəcək. “2020-ci il üçün neft qiymətləri ilə bağlı proqnozumuz yenidən bir barel üçün 35 dollara endirilib. Kapital axını və məhdud sosial müdafiə sistemləri inkişaf etməkdə olan bazarlarda iqtisadi şəraiti daha da gücləndirir”, – “Fitch” yazır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları