10 C
Baku
Wednesday, December 11, 2024

“Fitch” neft qiymətləri üzrə proqnozunu kəskin artırıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi yaxın gələcək üçün neft qiymətləri ilə bağlı proqnozlarını artırıb.

Bu barədə agentliyin “Global Economic Outlook” hesabatının dekabr buraxılışına istinadən xəbər verilir.

Agentliyin analitiklərinin gözləntilərinə əsasən, 2021-ci ilin nəticələrinə görə, etalon “Brent” markalı neftin bir barelinin orta qiyməti 71 dollar təşkil edəcək ki, bu da sentyabr proqnozu ilə müqayisədə 8 dollar çoxdur.

Hesabata əsasən, 2022-ci ildə “Brent” neftinin orta qiyməti 70 dollar (ötən proqnoza əsasən 55 dollar), 2023-cü ildə isə 60 dollar səviyyəsində (sentyabr proqnozuna görə – 53 dollar) olacağı ehtimal edilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər