12 C
Baku
Thursday, December 4, 2025

“Fitch” neft üzrə qiymət proqnozunu endirib – Səbəb nələri göstərir?

“Fitch Ratings” 2025–2027-ci illər üzrə neft qiyməti proqnozlarını bazarda təklifin artması səbəbindən azaldıb. 2026-cı il üçün TTF qaz qiyməti Avropada qaz balansının daralması nəticəsində 9 ABŞ dolları/ min kub-metrə və ya 317.8 dolları/ 1000 kub-metrə qaldırılıb.

Banker.az bunu beynəlxalq reytinq agentliyinin açıqlamasına istinadən xəbər verir.

2025-ci il üçün ABŞ-da təhlükəsiz və ən böyük qaz ticarət düyünlərindən biri olan Louisiana ştatındakı təbii qaz qovşağı olan Henri (Hub) baza ssenarisi də ilin əvvəlində formalaşan yüksək qiymətləri əks etdirdiyi üçün artırılıb və stress-ssenari baza ssenarisi ilə eyniləşdirilib.

Agentlik bildirir ki, Brent və WTI üzrə qısa və orta müddətli qiymətlər istehsal artımının tələbi üstələməsi və Rusiyanın ixrac həcmləri ilə bağlı qeyri-müəyyənlik səbəbindən aşağı salınıb. OPEC+ 2025-ci ilin sonuna qədər 2,2 milyon barellik əvvəlki azaldılmanı tam ləğv edib və 1,65 milyon barellik könüllü məhdudiyyəti bərpa etməyə başlayıb, lakin 2026-cı ilin birinci rübü üçün fasilə elan edib.

34534543

Qlobal neft tələbi 2025–2026-cı illərdə təqribən gündəlik 0,8 milyon barel artacağını qeyd edən reytinq agentliyi artımı zəif iqtisadi dinamika və enerji keçidi fonunda məhdud qalmasından bəhs edir. Elektrik avtmobillərin yayılması 2024-cü ildə tələbi 1,3 milyon barel azaldıb və uzunmüddətli perspektivdə təsirini davam etdirəcək. Bildirilir ki, qlobal təklif isə 2025-ci ildə 3,1 milyon barel, 2026-cı ildə isə 2,5 milyon barel artacaq; bunun yarıdan çoxu OPEC+ alyansına daxil olmayan ölkələr — ABŞ, Kanada, Braziliya, Qayana və Argentinadan gəlir.

Rusiya hasilatı sanksiyalar səbəbindən 9,3 milyon barel səviyyəsində sabit qaldığı bildirilir.  Lukoil və Rosneft-ə yeni sanksiyalar ixraca təzyiq yarada biləcəyi diqqətə çatdırılıb.

Fitch deyir ki, TTF-in artımı LNG layihələrində gecikmələrlə bağlıdır, lakin 2026–2027-ci illərdə əlavə güclərin işə düşməsi qiymətlərə eniş təzyiqi yaradacaq. ABŞ-da qaz hasilatı istehlakı üstələyir; uzunmüddətli Henri Qaz Qovşağındakı qiyməti 2,75 ABŞ dolları/1000 kub-fut olaraq qalır.

Bu arada sonuncu dəfə nüfuzlu bank “Goldman Sachs” — 17 noyabr 2025 tarixində yayılan hesabatında 2026 üçün “Brent” neftinin orta illik qiymətini 56 $/barrel, WTI-ni 52 $/barrel səviyyəsinə endirmişdi. Üstəlik, 2026-cı ildə neft bazarında gündəlik təqribən 2 milyon barellik təklif artımı və artan təklifin qiymətlər üzərində aşağı yönlü təzyiq edəcəyi vurğulamışdı.

Xatırladaq ki, Azərbaycan hökuməti 2026-cı il üçün büdcədə neftin bareli 65 dollar götürülüb. Maliyyə naziri Sahil Babayev bildirib ki, bu, 22 beynəlxalq təşkilatın proqnozları əsasındadır.

Son xəbərlər
Digər xəbərlər