-1 C
Baku
Saturday, December 14, 2024

“Fitch” neftin qiyməti ilə bağlı proqnozunu artırıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2023-2024-cü illərdə neftin qiymətləri, eləcə də gələn il və 2026-cı ildə Avropada təbii qazın qiyməti ilə bağlı proqnozunu artırıb.

Agentlik bildirir ki, neft qiymətlərinə yenidən baxılması OPEC+ alyansının tədarük həcmini ciddi nəzarət altında saxlamağa davam etməsi ilə bağlıdır. Analitiklər qaz qiymətlərinin orta müddətli perspektivdə kifayət qədər yüksək qalacağını proqnozlaşdırırlar, çünki Qətər və ABŞ-da yeni layihələrlə bağlı qlobal mayeləşdirilmiş qaz ixrac imkanlarında əhəmiyyətli artımlar 2026-cı ilə qədər baş verməyəcək.

Eyni zamanda ekspertlər Amerikanın “Henry Hub”ında qazın qiyməti ilə bağlı əvvəlki təxminlərini olduğu kimi saxlayıblar. “ABŞ-ın qaz hasilatının artımı istehlak artımını üstələməkdə davam edir, baxmayaraq ki, fərq gözlədiyimiz kimi daralıb”, – ekspertlər vurğulayırlar.

ABŞ-da qaz qazma qurğularının sayı bir il əvvəl təxminən 160 idisə, bu il 118-ə düşüb. Bu, istehsalın artımının yavaşlamasına səbəb olacaq, lakin müəyyən geriləmə ilə. Onlar həmçinin qeyd edirlər ki, “Henry Hub”ın qiymətləri çox dəyişkəndir və hava şəraitindən asılıdır. Ən azından qısa müddətdə belə qalacaqlar.

Son xəbərlər
Digər xəbərlər