15 C
Baku
Friday, May 3, 2024

“Fitch” neftin qiymətinin 120 dollara yüksələcəyi barədə xəbərdarlıq edib

“Fitch Ratings” agentliyi 2024-cü il üçün neftin qiyməti ilə bağlı proqnozunu Yaxın Şərqdə gərginliyə səbəb ola biləcək tədarükdə fasilələr səbəbindən 120 dollar/barel səviyyəsinə qaldırıb. Bu qiymət artımının pul siyasətinin və maliyyə şərtlərinin sərtləşməsinə, maliyyə bazarlarında korreksiyaya səbəb ola biləcəyi gözlənilir.

“Fitch Ratings”in sentyabr ayında açıqladığı “Dünya iqtisadiyyatının perspektivləri” (GEO) hesabatı 2024 və 2025-ci illərdə neft qiymətlərinin orta hesabla 75 və 70 dollar olacağını proqnozlaşdırır. Bununla belə, Yaxın Şərqdəki geosiyasi gərginliyi nəzərə alaraq, agentlik öz proqnozlarına yenidən baxıb və neft qiymətlərinin 2024-cü ildə təklif məhdudiyyətləri səbəbindən orta hesabla bir barel üçün 120 dollara yüksələcəyini deyib.

Yaxın Şərqdəki gərginliklə bağlı qiymət şoku müxtəlif ölkələrdə ÜDM-in azalmasına səbəb ola bilər. İsrail-Fələstin münaqişəsindən sonra beynəlxalq bazarlarda “Brent” markalı neftin bir barelinin qiyməti 94 dollara qalxıb. Hazırda “Brent” markalı neftin bir barelinin qiyməti 81 dollara satılır.

Bütün proqnozları və təhlilləri nəzərə alaraq, “Fitch Ratings” neft qiymətlərinin yaxın illərdə yüksək səviyyədə qalacağını və bunun qlobal iqtisadiyyata və maliyyə bazarlarına təsir edə biləcəyini proqnozlaşdırır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər