14 C
Baku
Wednesday, April 24, 2024

“Fitch” OPEC + qərarından sonra neftin qiyməti ilə bağlı proqnozunu açıqladı

OPEC+ ölkələrinin neft hasilatı ilə bağlı qərarın gözlənilmədən bazar üçün konservativ olduğu ortaya çıxıb və bununla əlaqədar olaraq, neft qiymətlərinin bir barel üçün 60-70 dollar aralığında qalacağı gözlənilir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, bir qədər əvvəl OPEC+ ölkələri hasilatı müvafiq olaraq gündə 130 və 20 min barel artırmaq imkanı olan Rusiya və Qazaxıstan istisna olmaqla, digər ölkələr üçün aprel ayında neft istehsalını eyni səviyyədə saxlamağa qərar veriblər.

Ekspertlərin sözlərinə görə, OPEC+ qərarından sonra bazarda əhəmiyyətli kəsir olacaq – bu, yığılmış artıq neft ehtiyatlarının daha sürətli tükənməsinə imkan verəcək. Onlar qiymətlərin hələki 60-70 dollar aralığında qalacağı ehtimal edirlər.

Bildirildiyi kimi, ilin ikinci yarısında neft qiymətlərinin dinamikası “OPEC+ ölkələrinin neft hasilatını nə qədər tez artırmağa hazır olduqlarından” asılıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər