23 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

“Fitch”: “OPEC+”ın hasilatı koordinasiya etmə qabiliyyəti zəifləyə bilər

Screen Shot 2021 09 02 at 14.34.20

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi hesab edir ki, qlobal enerji keçidinin sürətlənməsi neft tələbatının pik həddə çatma vaxtını “OPEC+”ın gözləntilərindən daha tez yaxınlaşdıra bilər və bununla da alyansın tədarüklə bağlı qərarlarının koordinasiya etmə qabiliyyətini şübhə altına ala bilər.

“OPEC+”ın (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əsas üzvləri qlobal neft tələbatının 2030-cu illərin sonlarında zirvəyə çatacağını və daha sonra stabil səviyyəyə çıxacağını gözləyirlər.


“Lakin iqlim dəyişiklikləri ilə bağlı risklərin azaldılması və daha təmiz enerji mənbələrinə keçid strategiyasının sürətlənməsi bu tarixi yaxınlaşdıra bilər”, – “Fitch”in məlumatında deyilir.

Qeyd olunur ki, qlobal neft istehlakında pik nöqtəsinə gözlənildiyindən daha tez çıxması “OPEC+”ın hasilatı koordinasiya etmə qabiliyyətini zəiflədə bilər və bu da neft qiymətlərinin volatilliyinə və orta qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.

“OPEC+” 2016-cı ildə hazırkı formatda qurulduğu gündən etibarən hasilatın azaldılması və artırılması vasitəsi ilə neft qiymətlərinin dalğalanmalarını yumşaltmasında köməkçi rol oynayır. Bununla belə, alyans üzvləri geniş neft ehtiyatlarının monetizasiyasına meylli ola bilərlər və tələbatın mövcud səviyyədə olduğu halda istehsalı maksimallaşdıra bilərlər.

“Bu, alyansın neftə olan təklif və tələbi tarazlaşdırmaq üçün lazım olduqda hasilatın azaldılması barədə razılığa gəlməsinə mane ola bilər”, – məlumatda vurğulanır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər