“Fitch” “Petkim Holding”ə dair yeni proqnozunu açıqladı

“Fitch” beynəlxalq reytinq agentliyi əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in uzunmüddətli kredit reytinqini “B” səviyyəsində təsdiqləyib.

Banker.az Report-a istinadən xəbər verir ki, bu barədə “Fitch” məlumat yayıb.

Reytinq üzrə proqnoz isə “sabit”dir.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

Son xəbərlər
Digər xəbərlər