“Fitch” beynəlxalq reytinq agentliyinin 2017-ci ildə Avropa və keçmiş SSRİ ölkələrinin yerüstü nəqliyyat şirkətləri üzrə reytinqi stabildir.
APA “Interfax” agentliyinə istinadən xəbər verir ki, proqnoz stabil səviyyədə saxlanılmasına səbəb region ölkələrində daşımaların həcmində gözlənilən artım və Rusiya iqtisadiyyatının stabilləşməsidir. Eyni zamanda “Fitch” qeyd edir ki, Rusiya istisna olmaqla, gələn il postsovet ölkələrinin bir çoxunda dəmir yolu sektorunda risklər qalacaq: “Buna tariflərə və daşımaların həcminə təzyiqlərin qalması, həmçinin valyuta risklərinin artması səbəb olacaq”.