2024-cü ildə dünya qızıl qiymətləri orta hesabla bir troy unsiya üçün .min dollar təşkil edəcək, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin analitikləri bildiriblər.
Əvvəlki ekspert hesablamaları 2024-cü ildə dünya qızıl qiymətlərinin unsiya üçün 1.8 min dollar civarında olacağını nəzərdə tuturdu. Beləliklə, reytinq agentliyinin analitikləri proqnozlarını 100 dollar artırıblar.
2025-ci ildə onların gözləntilərinə görə qızılın dünya qiymətləri 1.8 min dollara düşəcək. 2026-cı ildə ekspertlər qiymətli metalın qlobal kotirovkalarının 1.6 min dollara qədər daha da azalacağını gözləyirlər.
Bundan əvvəl Nyu-Yorkun “Comex” birjasında ticarət zamanı dünya qızılın qiyməti tarixi maksimumunu yeniləyərək martın 6-da bir troy unsiyası üçün 2153.55 dollara çatıb. Ekspertlər bu dinamikanı bir sıra amillərlə, o cümlədən qlobal geosiyasi gərginliyin artması və Avropa, Asiya və Afrika arasında rabitə kabellərinin qırılması xəbərləri ilə əlaqələndiriblər.