3 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Fitch”: Qlobal aviatrafik 2024-cü ildə bərpa olacaq

COVID-19 pandemiyası fonunda qlobal sərnişindaşıma zəncirlərində məhdudiyyətlər qlobal hava trafikinin də bərpasına mənfi təsir göstərir və ödəniş edən sərnişinlər tərəfindən qət edilən kilometrlərin sayının (RPK) gözləniləndən daha az olması ilə nəticələnir.

Bu barədə “Fitch Ratings”in araşdırmasında bildirilir.

“Fitch” 2022-2023-cü illər üçün RPK üzrə proqnozlarını endirsə də, daha sürətli vaksinasiya templərinin, COVID-19-un yeni müalicə növlərinin və sərhəd məhdudiyyətlərinin yumşaldılmasının uçuşların bərpasına müsbət təsir göstərəcəyini bildirir. Nəticədə, “Fitch” qlobal hava trafikinin 2024-cü ildə pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırır.

Agentliyə görə, qlobal RPK göstəricisi 2021-ci ildə pandemiyadan əvvəlki səviyyədən 50%, 2022-ci ildə 30%, 2023-cü ildə isə 10% aşağı olacaq. 2024-cü ildə bərpa prosesinin tam yekunlaşması gözlənilsə də, sözügedən prosesin inkişafda olan ölkələrdə gecikəcəyi istisna edilmir.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər