10 C
Baku
Wednesday, December 11, 2024

Fitch: “Qlobal avtomobil satışları 2022-ci ildə pandemiyadan əvvəlki səviyyədən aşağı olacaq”

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin analitiklərinin fikrincə, qlobal avtomobil bazarında vəziyyət 2022-ci ildə tələbin daha da bərpası və təchizat zənciri problemlərinin tədricən yumşaldılması fonunda yaxşılaşa bilər.

Qlobal avtomobil satışlarının gələn il artacağı, lakin 2019-cu ildəki göstəricidən təxminən 6% aşağı qalacağı proqnozlaşdırılır.

Çinin 2021-ci ildə 21,8 mln., 2022-ci ildə isə 23,3 mln. minik avtomobili satacağı gözlənilir. ABŞ-da gələn il satışlar 2021-ci ildə gözlənilən 15,2 mln-dan 16,2 mln-a yüksələcək.

“Fitch”in proqnozuna görə, Avropada 2022-ci ilin sonuna 12,8 mln., 2021-ci ildə isə 11,6 mln. avtomobil satılacaq.

Reytinq agentliyinin ekspertləri qeyd edirlər ki, avtomobil sənayesi üçün yarımkeçiricilərin mövcudluğunun 2022-ci il ərzində orta dərəcədə artacağı gözlənilir, lakin pandemiya səbəbindən avtomobil sektorunda risklər qalmaqdadır.

“Fitch” tərəfindən qiymətləndirilən Şimali Amerika avtomobil istehsalçıları güclü likvidliyi qoruyarkən mənfəət və pul axınının artırılmasına diqqəti davam etdirəcəklər. Şirkətlər sərbəst pul vəsaitlərinin bir hissəsini səhmdarların ödənişlərinə, birləşmə və satınalmalara yönəldə bilər, lakin bir sıra emitent də borc yükünü azaltmaq üçün vəsaitlərdən istifadə etmək qərarına gələ bilər.

“Fitch” həmçinin avropalı avtomobil istehsalçılarının aşağı leveric (borc kapitalının ümumi kapitala nisbəti – red.) və yaxşı likvidlik sayəsində sabit kredit profilini qoruyub saxlamasını gözləyir, Asiya-Sakit okean regionunda şirkətlərin levereci isə hətta bir qədər də yaxşılaşa bilər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər