Bu ilin III rübündə qlobal iqtisadi artım tempi təchizatda yaranan məhdudiyyətlər səbəbindən gözləniləndən zəif olub.
Bu barədə “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin məlumatında deyilir.
Bildirilir ki, istehlakçı və istehsalçı qiymətlərinin artan əmtəə qiymətləri ilə qlobal mal bazarında tədarük zənciri darboğazlılığı təsiri ilə yüksəlməyə davam edir.
“İstehlakçı və istehsalçı qiymətləri ümumilikdə artıb, bu vəziyyət Braziliya, Rusiya, Koreya, Meksika və Polşa da daxil olmaqla bir çox inkişaf etməkdə olan bazar iqtisadiyyatlarının Mərkəzi Banklarının faiz dərəcələrini artırmağa sövq edib”, – açıqlamada deyilir.
Məlumatda həmçinin qeyd olunur ki, yarımkeçirici çatışmazlığı ABŞ və Almaniyada avtomobil istehsalında böyük azalmalara səbəb olub.