Beynəlxalq reytinq agentliyi “Fitch” qlobal ÜDM-in 2021-ci ilin sonuna qədər 6% artacağını proqnozlaşdırıb.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Qeyd edək ki, “Fitch Ratings”in cümə axşamı günü yayımladığı hesabatda iqtisadi canlanma tempinin son həddə çatdığı deyilir.
“Fitch qlobal ÜDM-in 2021-ci ildə iyun ayı ilə müqayisədə 6% artacağını gözləyir. Peyvəndlərin paylanmasındakı irəliləyişlər yoluxma hadisələrinin yenidən artmasına gətirib çıxarır, o cümlədən Avropa və ABŞ-da iqtisadi aktivliyə təsir göstərir. Lakin virusun yayılması dinamikası vaksinasiya nisbətinin aşağı qaldığı bölgələrdə artıma daha güclü təsir edir”, – deyə mesajda bildirilir.
Bundan əlavə, reytinq agentliyi ABŞ-ın ÜDM-in 2021-ci il üçün artım proqnozunu iyun ayında 6.8%-dən 6.2%-ə qədər azaldıb. “Daşınmaz əmlak qiymətlərinin artımındakı yavaşlama daxili tələbata təzyiq göstərdiyindən”, Çinin ÜDM-in artım proqnozunu 8.4%-dən 8.1%-ə endirib. Qeyd olunur ki, “Fitch” 2021-ci ildə Avrozonada ÜDM-in artım proqnozunu 5%-dən 5.2%-ə qədər artırıb. Polşa, Türkiyə, Meksika, Rusiya və Cənubi Afrika ilə bağlı proqnozlar da yenidən nəzərdən keçirilib”.