8 C
Baku
Friday, December 13, 2024

Fitch Ratings AccessBank-ın kredit reytinqini Investment Grade səviyyəsində təsdiqləyib

Fitch Ratings agentliyi bir daha AccessBank-ın Uzunmüddətli Emitent Defoltu Reytinqini (EDR) “Sabit” proqnozla ‘BBВ-’ dərəcəsində, “Investment Grade” səviyyəsində təsdiqləyib. 2014-cü ilin dekabr ayında Fitch Bankın beynəlxalq kredit reytinqini ‘BB+’ səviyyəsindən ‘BBВ-’ – səviyyəsinə yüksəldib və 2015-ci ilin aprel ayında yenidən təsdiqləyib.

“Biz Bankın reytinqinin il ərzində ikinci dəfə İnvestisiya səviyyəsində təsdiqlənməsi ilə fəxr edirik. Davam edən çətin iqtisadi mühitdə bu, Bank üçün böyük nailiyyətdir. Reytinqin İnvestisiya səviyyəsində təsdiqlənməsi Bankın məsuliyyətli borc vermə prinsiplərinə sadiq olduğunu, müştərilərə yaxın olmaq və ilk növbədə onların tələblərini qarşılamaq yanaşmamızı bir daha əks etdirir” – AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmann reytinqin təsdiqlənməsini şərh edərək qeyd edib.

Reytinqin tam açıqlanması aşağıda göstərilir:

Uzunmüddətli EDR: “Sabit” proqnozla ‘BBB-’ səviyyəsində təsdiqlənib

Qısa müddətli EDR: ‘F3’səviyyəsində təsdiqlənib

Dayanıqlılıq reytinqi: ‘bb-’ səviyyəsində təsdiqlənib

Dəstək Reytinqi: ‘2’ səviyyəsində təsdiqlənib

Son xəbərlər
Digər xəbərlər