Fitch Ratings agentliyinin əsası 24 dekabr 1913-cü ildə Noulz Con Fitç tərəfindən Fitch Publishing Company nəşriyyat şirkəti kimi qoyulub. Kompaniya Nyu-Yorkun maliyyə rayonun lap ürəyində yerləşir və öz fəaliyyətinə statistik maliyyə göstəricilərinin dərc edilməsi ilə başlayır. Onun müştəriləri sırasına Nyu-York Fond birjası da daxil idi. Tezliklə Fitch Publishing Company vacib statistik məlumatların investisiya mühitinə çatdırılması sahəsində liderə çevrilir. Kompaniyanın əsasən iki nəşri «Fitch obliqasiya sorğu kitabçası» və «Obliqasiya və səhmlər üzrə Fitch rəhbərliyi» fəaliyyət göstərir.
1942-cü ildə maliyyə alətlərinin müstəqil qiymətləndirilməsinə artan tələbi hiss edən Fitch Publishing Company «AAA»-dan «D»-yə qədər reytinq şkalasını tətbiq etməyə başlayır. Kompaniyanın investisiya mütəxəssisləri tərəfindən həyata keçirilən dərin analiz ilə birlikdə təqdim edilən reytinqlər tezliklə özünü təsdiq etdirə bilir, maliyyə cəmiyyətinin rəğbətini qazanır və sabit gəlirli alətlər üzrə investisiya qərarlarının qəbulu zamanı bir oriyentirə çevrilir.
Fitch Ratings 1975-ci ildə ABŞ-ın Qiymətli kağızlar və birja üzrə komissiyasının rəsmi olaraq statistik reytinq təşkilatı statusu verdiyi üç agentlikdən biridir.
1989-cu ildə Fitch Ratings-ə yeni menecerlər komandası gəlir, kapitalın həcmi artırılır və agentlik nəzərə çarpacaq artım nümayiş etdirməyə başlayır. 20-ci ərsin 90-cı illərinə Fitch Ratings fəaliyyətinin bütün sahələri üzrə nailiyyətlər əldə edir, bu dövr həm də yeni fəaliyyət istiqamətlərinin yaranması ilə yadda qalır – strukturlu maliyyələşdirmə, bu zaman agentlik investorlara özünün hazırladığı analitik materialları təqdim edir, həmçinin o mürəkkəb alətlər/emtientlər ilə bağlı digər reytinq agentlikləri ilə müqayisədə daha dərin və dolğun informasiya təqdim edirdi.
1997-ci ildə Fitch Ratings ilə mərkəzi qərargahı Londonda yerləşən IBCA Limited kompaniyası birləşir. Bu isə öz növbəsində Fitch Ratings-in dünyaya genişlənməsini asanlaşdırır, həmçinin onun dünyanın digər bankları, maliyyə institutlarını və suveren emitentlərinin analizini keçirməsinə imkan verir. IBCA Limited ilə birləşdikdən sonra agentliyin sahibi Fimalac S.A kompaniyası olur, sözügedən kompaniya IBCA Limited-i 1992-ci ildə almışdı. Bu birləşmə investorların tələblərini təmin etmək baxımından atılmış ilk ciddi addım idi, belə ki, investorlar tam xidmətlər spektri təqdim edən alternativ qlobal agentliyin yaranmasını istəyirdi.
Beynəlxalq rəqabətə davamlı agentliyin yaradılmasında növbəti vacib addım 2000-ci ilin aprelində mərkəzi qərargahı Duff & Phelps Credit Rating Co kompaniyasının alınması oldu. Daha sonra isə ilə həmin ildə Thomson BankWatch kompaniyası ələ keçirildi. Həyata keçirilən bu alqılar agentliyə korporativ emitentlərin, maliyyə institutlarının, sığorta kompaniyalarının və strukturlu maliyyələşmə sektorunun daha geniş əhatəli və tam miqyaslı analizi həyata keçirmək imkanı verdi. Bundan əlavə agentlik öz nümayəndəliklərinin və filial kompaniyalarının sayının kifayət qədər artırmağa müyəssər oldu.
Bu gün Fitch Ratings beynəlxalq reytinq agentliyi olub, dünya kredit bazarlarına müstəqil və perspektivə hesablanmış kredit qabiliyyətinin qiymətləndirilməsi, analitik araşdırmalar və digər materiallar təqdim etməyi özünə əsas hədəf olaraq seçmişdir. Əldə olunmuş artım və həyata keçirilmiş udulmalar sayəsində bu gün Fitch Ratings-in 50 dən artıq filial və törəmə kompaniyalarında fəaliyyət göstərən 2100 əməkdaşı vardır. Əsas mərkəzi ofislər isə London və Nyu-York şəhərində yerləşir.
Fitch qrupunun törəmə strukturları
2008-ci ilin yanvar ayında Fitch özünün Fitch Solutions bölməsinin inkişaf etdirilməsi haqqında bəyanat verdi, bu bölmə müxtəlif analitik materiallar, alətlər və digər əlaqəli xidmətlərin təqdim edilməsi üzrə ixtisaslaşmışdı. Bu bölmənin inkişaf etdirilməsinin əsas məqsədi – kredit reytinqlərinin və Fitch-in analitik araşdırmalarının müstəqilliyinin daha da möhkəmlənməsi, həmçinin sabit gəlirlər maliyyə alətləri sahəsində xüsusi məhsul və xidmətlərin hazırlanması üzrə təkmilləşmiş və ixtisaslaşmış bir strukturun yaradılması idi. Məhz bu bölmə sayəsində analitika və reytinq fəaliyyəti arasındakı bölünmənin daha da dərinləşməsi mümkün olur. Bundan əlavə, həmin bölmənin köməkliyi ilə Fitch Ratings materiallarının geniş ərazidə yayılması üçün kompleks şəkilli və detallı bir platforma təşkil edilib.
Fitch Training isə Fitch Solutions bölməsinin tərkibinə daxildir və onun əsas vəzifəsi kredit qabiliyyəti və korporativ maliyyə məsələləri ilə bağlı treninqlər həyata keçirməkdir. Bu treninqlər sabit gəlirli maliyyə alətləri, kredit risklərinin menecmenti və müştəriləri ilə təşkilat arasında qarşılıqlı əlaqələrin təmin edilməsi sahələri üzrə ixtisaslaşan peşəkarlar üçün təşkil edilir. Fitch Training öz xidmətlərini müxtəlif maliyyə müəssisələrinə, o cümlədən investisiya və kommersiya banklarına və idarəedici kompaniyalara, həmçinin tənzimləyici orqanlara təqdim edir. Artıq Fitch Training də qlobal arenada fəaliyyət göstərir, belə ki kompaniyanın treninq mütəxəssisləri Böyük Britaniya, Qərbi Avropa, ABŞ və Asiyada çalışırlar.