28 C
Baku
Saturday, July 27, 2024

“Fitch Ratings” agentliyi Expressbank-ın reytinqini endirmədi

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Expressbank-ın “B” reytinqini “stabil” proqnozu ilə təsdiqləyib. Builki qiymətləndirmə zamanı Azərbaycanın bir sıra iri banklarının reytinqləri endirilsə belə, Expressbank stabil olaraq qalıb və bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən biri hesab olunur.

Agentliyin mütəxəssisləri bildiriblər ki, neftin qiymətinin ucuzlaşdığı və milli valyutanın devalvasiyası dönəmində Expressbank likvidlik baxımından güclü mövqeyə sahibdir. Gələcək qiymətləndirmələr zamanı isə əldə olunacaq nailiyyətlər və göstəricilər nəzərə alınacaq və bu da reytinqin artırılmasına zəmin yaradacaq.

Qeyd edək ki, 2014-cü ilin avqust ayında Fitch Ratings agentliyi reytinq təqdim edərkən Bankın ümumi fəaliyyətini qiymətləndirib: Bankın aktivləri, kredit portfeli, əmanətlər, bazardakı mövqeyi, risklərin idarəolunması və digər meyarlar əsas götürülüb.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 180-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz

Son xəbərlər
Digər xəbərlər