12 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

“Fitch Ratings” Azərbaycan iqtisadiyyatının artım proqnozunu yaxşılaşdırıb

 

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 4,9 % artacağını proqnozlaşdırır.

Bu barədə “Fitch Ratings” məlumat yayıb.

Bildirilir ki, bərpa, ötən il baş verən 4,3 %-lik kiçilmədən sonra, qeyri-neft sektorundakı bərpa və peyvəndin tətbiqinin genişlənməsi ilə (hazırda 100 nəfərə 97 doza) dəstəklənir.

“Azərbaycanın iqtisadi artımının gələn il 2,9 %, 2023-cü ildə isə 2,3 %-ə enəcəyini gözləyirik ki, bu da, gələn il baza effektlərini və enerji hasilatındakı durğunluğu əks etdirəcək”, – “Fitch” bildirir.

Qeyd edək ki, “Fitch Solutions” şirkətinin (“Fitch Group”a daxildir) oktyabr proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,5 % səviyyəsində gözlənilirdi.

“Fitch Solutions”ın qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 3,3 %-dək sürətlənəcəyi proqnozlaşdırılırdı.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2021-ci ildə ÜDM-in 5,1 %-ə qədər artacağı gözlənilir.

2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar 4,3 % azalıb.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X