13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Fitch Ratings” Azərbaycanda inflyasiya proqnozlarını yeniləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın bu ilin sonuna 7,6 % təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi məlumat yayıb.

“Təchizat zəncirində baş verəcək kəsintilər də daxil olmaqla müvəqqəti təzyiqlər azaldıqca, biz inflyasiyanın 2022-ci ilin sonuna qədər hədəf diapazonundan bir qədər yuxarı (4 %) 4,3 %-ə qədər azalacağını proqnzolaşdırırıq”, – “Fitch” bildirir.

Reytinq agentliy hesab edir ki, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırmağa davam edəcək və onun 50 faiz bəndi – 7,5 %-dək artması gözlənilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7 %, qeyri-ərzaq məhsulları üzrə 104,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105 % təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) proqnozlarına görə, 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2020-ci ildə 2,8 %-ə qarşı 6,2-6,5 % səviyyəsində gözlənilir. İllik inflyasiya isə 9,5-10,5 % səviyyəsində proqnozlaşdırılır.

Hökumətin proqnozlarına görə, 2022-ci və sonrakı üç ildə Azərbaycanda inflyasiyanın orta hesabla 3,5 % ətrafında olacağı gözlənilir.

Proqnoza görə 2022-ci ildə inflyasiya orta hesabla 4 %, 2023-cü ildə 3,3 %, 2024-cü və 2025-ci ildə isə ildə 3,2 % olacaq.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X