27 C
Baku
Saturday, July 27, 2024

“Fitch Ratings” Azərbaycanın bank sektorunun hələ zəif olduğunu bildirir

Banker.azın verdiyi məlumata görə, “Fitch Ratings” Azərbaycanın Uzunmüddətli Xarici Valyuta emitenti reytinqini ‘BB+’  səviyyəsində təsdiq edib. Bu reytinq çərçivəsində, o həmçinin ölkənin bank sektoru ilə bağlı riskləri açıqlamışdır. 

“Azərbaycandakı banklar 2015-ci ilin devalvasiyasından sonra miras qalmış aktivlərin keyfiyyəti ilə bağlı problemlərdən sonra  bərpa olurlar. Buna baxmayaraq, ölkənin bank sektoru yenə zəif olaraq qalır. Bu, qiymətləndirmələrinə görə “b” səviyyəsi üçün səciyyəvi olan göstəricilərin aşağı olması  ilə təsdiqlənir”, – Fitch-in press-relizində deyilir.

Agentliyin məlumatına görə, Azərbaycan banklarının kapital adekvatlığı əmsalı 2018-ci ilin sonundakı 19,4% -ə qarşı 2019-cu ilin oktyabr ayının sonunda 23% -ə yüksəlib, vaxtı keçmiş kreditlərin payı isə 2018-ci ilin sonundakı 14.5% qarşı 11% -ə düşüb.

Fitch, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) yüksək likvid kapitalı və aşağı riskli aktivləri səbəbindən qazanc normalarını tədricən yaxşılaşdırdığını vurğulayıb. “Buna baxmayaraq, ABB 2019-cu ilin oktyabr ayının sonunda 0.8 milyard dollar (2017-ci ilin sonunda 1.9 milyard dollar) olan açıq valyuta mövqeyinə sahibdir, hansıki normativ tələblərə cavab vermək üçün 2020-ci ildə 150 milyon dollaradək azalmalıdır.”, – deyə agentlik vurğulayır.

 

 

Son xəbərlər
Digər xəbərlər