Fitch Ratings Azərbaycanın xarici valyuta emitenti reytinqini təsdiq edib

Fitch Ratings Azərbaycanın Uzunmüddətli Xarici Valyuta emitenti reytinqini ‘BB+’  səviyyəsində təsdiq edib.

Reytinqə əsasən, Azərbaycanın xarici balans hesabatının və həmçinin borclarının az olması onun güclü tərəfi kimi göstərilmişdir. Lakin ölkənin neft və neft məhsullarının satışından asılı qalması onun mənfi tərəfi kimi dəyərləndirilmişdir. Bank sektorunda olan boşluqlarda ölkənin reytinqinə mənfi təsir göstərdiyi qeyd edilmişdir.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Hökumət tərəfindən məzənnənin 1.7AZN/USD  səviyyəsində saxlanılması , dünyada neft qiymətinin dəyişikliyi fonunda  ciddi risk kimi qiymətləndirilir. Əgər neftin qiymətində sıçrayışlar olarsa, ölkə tərəfindən bu məzənnənin qorunub saxlanması müəyyə suallar doğurur. 

Azərbaycanın bank sistemi 2015-ci ilin devalvasiyasından sonra özünə bir qədər gəlsədə, hələdə zəif olaraq qalır. Buna sübut olaraq sektora reytinq agentliyi tərəfindən yenicə verilmiş ‘b’ reytinqi dəlalət edir. Bankların kapitallaşması 2019-cu ildə 23% yüksəlmişdir (2018-ci ildə 19.4% idi),  problemli kreditlərin həcmində kifayət qədər eniş müşahidə olunur 11% ( 2018-ci ilin sonu 14.5%).  Banklarda bu göstəricinin aşağı salınması hökumət tərəfindən xüsusi proqrama start verilməsi ilə bağlıdır. 

Azərbaycan ‘BB’ reytinqini formalaşdıran 6 kompanent üzrə qeyri proporsional nəticələrə malikdir. Ölkənin bir çox komponentlər üzrə geriləməsi, onun Dünya Bankının Doing Business indicatorunda irəliləməsi ilə kompensasiya edilmişdir. Lakin ölkə iqtisadiyyatının hələdə neft məhsullarından asılı qalması və digər sahələr üzrə diversifikasiya edilməməsi böyük risk daşıyıcısı olaraq qalır. 

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları