Fitch Ratings beynəlxalq reytinq agentliyinin verdiyi məlumata görə, Azərbaycanın özəl banklarının kredit vermə qabiliyyəti üzrə göstəriciləri böyük dövlət xərcləri və yüksək neft qiymətləri ilə müsbət istisadi tsikl fonunda sabitdir.
Agentlikdən verilən məlumatda deyilir: “Aktivlərin keyfiyyəti Azərbaycan bankları üçün pərakəndə kreditləşmə və əsasən də uzun müddətli təşkilati kreditlərdə artan risk fonunda əsas riski təşkil edir. Kreditlərin asta sürətli dövriyyəsi xüsusən də stress hallarında, bankların likvidlik risklərini gücləndirir. ”.
“Banklar dar çərçivəli biznes, kreditləşmənin yüksək artımı, bankın şəxsi səhmdarları tərəfindən məhdudlaşdırılmış yeni yatırımlar səbəbindən kapital çatışmazlığından əziyyət çəkir. Bununla yanaşı, pərakəndə kreditləşmə, mikrokreditləşmə və kiçik və orta biznesin kreditləşməsi ilə məşğul olan banklar gəliri nisbətən yüksəkdir” – deyə agentlik bildirmişdir.
Mərkəzi bankın məlumatlarına görə, Azərbaycanda 44 bank fəaliyyət göstərmək üçün lisenziyaya sahibdir.