9 C
Baku
Friday, December 13, 2024

“Fitch Ratings”: “Azərbaycanda bank sektoru zəif, amma gəlirli olaraq qalmaqdadır”

Azərbaycanın bank sektorunun vəziyyəti son illər xeyli yaxşılaşsa da, hələ də kifayət qədər zəif olaraq qalır.

Bunu “Fitch Ratings” beynəlxalq reytinq agentliyi bəyan edib.

Qurum rəyini bank sistemi indikatorunun “b” göstəricisi ilə bunu bir daha təsdiq edib.

Bundan başqa, “Fitch Ratings” bəyan edib ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 2022-ci ilin sonundakı 3,8 %-dən 3,5 %-ə düşüb. Bu da kredit qoyuluşunun sürətli artımı ilə bağlıdır.

“Banklarda kapital adekvatlığı 17,8 % səviyyəsindədir və tələb olunan depozitlərin geniş yayılması fonunda bank sektoru gəlirli olaraq qalır”, – deyə agentlik bəyan edib.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər