“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Banker.az bu barədə agentliyinin saytına istinadən xəbər verir.
“BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.
Qeyd edilib ki, Cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə ÜDM-in 19 faizinədək azalacağı proqnozlaşdırılsa da, bu, “BB” kateqoriyasında ən yüksək göstərici olaraq qalır. Neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, 2024-2025-ci illərdə ölkədə ikirəqəmli profisit gözlənilir. 2023-cü ildə xarici valyuta aktivləri 68 milyard ABŞ dollarına çatacaq. Bunun 82 faizi ARDNF-in payına düşəcək.