8 C
Baku
Sunday, January 29, 2023

“Fitch Ratings” bu dəfə də “Expressbank”ın reytinqi yüksək qiymətləndirdi!

®“Expressbank”ın uğurlu və səmərəli fəaliyyətinin reytinqi bu dəfə də beynəlxalq maliyyə agentliyi “Fitch Ratings” tərəfindən yüksək dəyər görmüşdür.

İqtisadi və maliyyə sektorunda adekvatlıq, müştəri portfelinin artım tempinin inkişafı, gəlir potensialı və şəffaflıq kimi kriteriyalarda dəyərləndirmə apararan  “Fitch Ratings” agentliyi “Expressbank”ın fəaliyyətinə yüksək qiymət verərək Bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.

Dünyada baş verən qlobal siyasi-iqtisadi hadisələrin fonunda “Expressbank”ın dünya səviyyəli maliyyə agentliyi tərəfindən belə bir yüksək reytinq göstərciləri üzrə fəaliyyətinin təsdiqlənməsi həm də ölkəmizdə dövlətin maliyyə və bank sektorunda olan dəstəyinin təzahürüdür.

Fitch Ratings” agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) risk dərəcəsi ilə ölçülmüş aktivlərin 38%-ni  təşkil etmişdir. “Expressbank”ın biznes strategiyası və uğurlu maliyyə siyasəti və bankın kapital dayanıqlığının olması “Fitch Ratings” maliyyə agentliyi tərəfindən aşağıdakı reytinqlər üzrə  təsdiqlənmişdir:

  • Emitentin uzunmüddətli defolt reytinqi “B” səviyyəsində “sabit”
  • Qısamüddətli defolt reytinqi “B” səviyyəsində

“Fitch Ratings” agentliyinin bu proqnozu, “Expressbank” ASC-nin aktivlərinin keyfiyyətini, kapitalın adekvatlığını nəzərə alaraq, mümkün risklərin ödənilməsi potensialını əks etdirir. Bu isə bankın fəaliyyətinin agentliyinin norma və standartlarına kifayət qədər uyğun olduğunun nümunəsidir.

Məlumat üçün qeyd etmək istərdik ki, Expressbank 2022-ci ilin ilk rübündə aktivlərin həcminin böyüməsi, depozitlərin portfeli çoxalması, kredit portfelinin bütün istiqamətlər üzrə artması, faiz gəlirlərinin payının genişlənməsi, I dərəcəli  kapitalın  adekvatlıq , məcmu kapitalın  adekvatlıq və leverec əmsallarında olan stabillik və xalis mənfəətin gəlir payının müsbət rəqəmləri bir daha göstəririk ki, bankın uğurlu strateji planlaşdırması özünü bütün komponentlərdə ehtiva edir.

Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı Bankın rəsmi saytına https://www.expressbank.az/  daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər
X