17 C
Baku
Tuesday, October 15, 2024

“Fitch Ratings”: CEE ölkələri Azərbaycanla uzunmüddətli qaz müqavilələrində maraqlıdır

Mərkəzi və Şərqi Avropa ölkələri (MŞA- CEE) Azərbaycan kimi ölkələrlə uzunmüddətli qaz müqavilələrində maraqlıdır.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.

“Fitch Ratings” hesab edir ki, Rusiya qazının Avropaya tədarükünün daha da azaldılması və alternativ mənbələr axtarışı CEE ölkələrinin suverenlərini təzyiq altında saxlamaqda davam edir. Bölgə üçün əsas problem ortamüddətli perspektivdə sabit və daha az xərc tələb edən qaz təchizatını təmin etməklə bağlıdır.

“Son aylarda Mərkəzi və Şərqi Avropa ölkələri ABŞ, Norveç və Qətərdən qısamüddətli LNG tədarükü üçün tədarük sövdələşmələri əldə ediblər və Azərbaycan kimi ölkələrlə uzunmüddətli müqavilələrdə maraqlı olduqlarını bildiriblər”,- deyə Agentliyin analitikləri qeyd edib.

“Fitch Ratings”in analitikləri bildirib ki, Slovakiya, Çexiya və Macarıstanın qaz təhcizatında uzunmüddətli alternativlərlə bağlı hələ də ciddi qeyri-müəyyənlik var. Bura əlavə infrastrukturun potensial xərcləri və maliyyələşməsi də daxildir.

 

 

Son xəbərlər
Digər xəbərlər