8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

“Fitch Ratings” Ermənistanın kredit reytinqini aşağı saldı

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Ermənistanın kredit reytinqini aşağı salıb.

“Dünya” qəzeti xəbər verir ki, agentlik Ermənistanın xarici valyutada uzunmüddətli kredit reytinqini “BB-“ səviyyəsindən “B+” səviyyəsinə endirib.

Bundan başqa, “Fitch Ratings” Ermənistanın reytinq üzrə proqnozunu “stabil” səviyyədə saxlayıb. Məlumatda deyilir ki, bu ilin birinci yarısında ölkədə iqtisadi tənəzzül proqnozlaşdırılandan daha sərt olub. Bu da dövlət borcunun artmasına gətirib çıxarıb. Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik artaraq davam edəcəyi təqdirdə, Ermənistan iqtisadiyyatı mənfi təsir görəcək.

Son xəbərlər
Oxşar xəbərlər