10 C
Baku
Saturday, November 23, 2024

“Fitch Ratings” Ermənistan iqtisadiyyatı üzrə proqnozunu aşağı salıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Ermənistan iqtisadiyyatının artımı ilə bağlı proqnozunu 5,3%-dən 1,3%-ə endirib.

Bu barədə agentliyin saytında bildirilir.

Qeyd olunub ki, Rusiyada dərin tənəzzül və rus rublunun güclü ucuzlaşması Ermənistan ixracına zərbə vuracaq:

“Ukraynadakı münaqişə ilə bağlı məhdudiyyətlər və Rusiyaya qarşı sanksiyalar bizi 2022-ci il üçün artım proqnozumuzu kəskin şəkildə nəzərdən keçirməyə məcbur edib. Çünki xüsusilə Rusiyaya ixracat artımı dayanıb və pul köçürmələri azalır”, – “Fitch Ratings” məlumatında deyilir.

Eyni zamanda, 2021-ci ilə kimi Ermənistana mal ixracının 28%-nin, idxalın 37%-nin və turist səfərlərinin, birbaşa xarici investisiyaların və pul köçürmələrinin 40%-nin Rusiyanın payına düşdüyü qeyd edilir.

“Fitch” 2022-ci ildə Ermənistanda inflyasiyanın orta hesabla 8,5% olacağını proqnozlaşdırır ki, bu da ölkənin Mərkəzi Bankının məqbul diapazonundan yuxarıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər