12 C
Baku
Sunday, October 27, 2024

“Fitch Ratings” Yunanıstanın kredit reytinqini yüksəldib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Yunanıstanın kredit reytinqini yüksəldib.

Bu barədə “Fitch”in internet saytında məlumat verilib. Bildirilir ki, agentlik Yunanıstanın kredit reytinqini bir pillə artıraraq “CCC” səviyyəsindən “B-”yə yüksəldib. Buna səbəb kimi dövlət borcunun davamlılığı proqnozu, iqtisadiyyatda artım gözləntisi və azalan siyasi risklər göstərilib.

Açıqlamada, Yunanıstanın dövlət borcunun Avro Qrupu tərəfindən 2018-ci ildə yüngülləşdirilməsinin gözlənildiyi qeyd edilib. Ölkə iqtisadiyyatının 2017-ci ildə 1,6 faiz və gələn il isə 2,1 faiz artım göstərəcəyi proqnozlaşdırılır. Yunanıstanda işsizlik səviyyəsinin və özəl sektora aid borcların da azalacağı bildirilir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər