“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Yunanıstanın kredit reytinqini yüksəldib.
Bu barədə “Fitch”in internet saytında məlumat verilib. Bildirilir ki, agentlik Yunanıstanın kredit reytinqini bir pillə artıraraq “CCC” səviyyəsindən “B-”yə yüksəldib. Buna səbəb kimi dövlət borcunun davamlılığı proqnozu, iqtisadiyyatda artım gözləntisi və azalan siyasi risklər göstərilib.
Açıqlamada, Yunanıstanın dövlət borcunun Avro Qrupu tərəfindən 2018-ci ildə yüngülləşdirilməsinin gözlənildiyi qeyd edilib. Ölkə iqtisadiyyatının 2017-ci ildə 1,6 faiz və gələn il isə 2,1 faiz artım göstərəcəyi proqnozlaşdırılır. Yunanıstanda işsizlik səviyyəsinin və özəl sektora aid borcların da azalacağı bildirilir.