-1 C
Baku
Sunday, December 15, 2024

“Fitch”: “Rusiya qazının kompensasiya edilməsi 3 ildən çox vaxt apara bilər”

Avropa İttifaqının Rusiya qazının tədarükünün tam kəsilməsini kompensasiya etməsi üç ildən çox vaxt apara bilər.

Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin dərc olunmuş hesabatında deyilir.

“Təchizat və infrastruktur məhdudiyyətləri o deməkdir ki, Aİ-nin Rusiya qazının tədarükünün tam kəsilməsini kompensasiya etməsi üç ildən çox vaxt apara bilər”, – agentliyin analitikləri bildiriblər.

Eyni zamanda, onlar izah ediblər ki, Rusiyadan qaz nəqlinin qəfil dayandırılması ilkin ssenari deyil, riskdir.

“Fitch” qeyd edir ki, Mərkəzi və Şərqi Avropa ölkələri arasında Rusiya qazının Aİ ölkələrinə nəqlinin qəfil dayandırılması riskinə ən çox Slovakiya, Macarıstan və Çexiya məruz qalır. Eyni zamanda, Polşa, Litva və Rumıniya belə bir ssenaridə ən az həssasdır.

Agentliyin qeyd etdiyi kimi, region əhəmiyyətli makroiqtisadi şoklarla üzləşəcək, bir çox hallarda mənfi artım və inflyasiya yüksəlimi müşahidə olunacaq. Yüngülləşdirici amillərdəki fərqlər o deməkdir ki, dövlətlər üçün nəticələr çox müxtəlif olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər