6 C
Baku
Wednesday, February 28, 2024

Fitch: Rusiya-Ukrayna müharibəsi makqoiqtisadi mənzərəni alt-üst edib

Qlobal kredit mənzərəsi kəskin şəkildə dəyişib.

Banker.az xəbər verir ki, bu barədə beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings tərəfindən verilən açıqlamada bildirilir.

Açıqlamada, Rusiya-Ukrayna müharibəsinin makroiqtisadi mənzərəni alt-üst etdiyi və ağlabatan risk ssenarilərini dəyişdirdiyi son bir neçə ayda qlobal kredit mühitinin əhəmiyyətli dərəcədə dəyişdiyi ifadə edilib. Monetar sərtləşdirmə proqnozunun və staqflyasiya potensialının əhəmiyyətli dərəcədə artdığı vurğulanaraq, staqflyasiya potensialının artması ilə fundamental kredit risklərinin də inkişaf etdiyi qeyd edilib.

Qlobal staqflyasiya ssenarisinin Fitch-in reytinq portfelinə təsiri daha çox daxilolma xərclərinə, artan bazar dəyişkənliyinə və sərtləşdirilmiş maliyyə şərtlərinə daha çox məruz qalan sektorlarda hiss olunacaq. Bildirilib ki, bura sənaye və səyahətlə bağlı sektorlar və xüsusilə inkişaf etməkdə olan bazarlardakı maliyyə və qiymətli kağız firmaları daxildir. Açıqlamada, artan makroiqtisadi, maliyyə bazarı və geosiyasi qeyri-müəyyənliyin digər mühüm risklərə də təsir edəcəyi qeyd edilib.

“İqtisadiyyatlarda durğunluq və yüksək inflyasiyanın birgə mövcudluğu” kimi tanınan staqflyasiya 1970-ci illərdə OPEC-ə üzv ölkələrin neft qiymətlərini təxminən üç dəfə artırması nəticəsində inkişaf etmiş iqtisadiyyatlarda müşahidə edilirdi.

Hazırda mövcud olan vəziyyətə nəzər yetirdikdə görürük ki, Covid-19 pandemiyasından sonra yüksək inflyasiya ilə mübarizə aparan inkişaf etmiş iqtisadiyyatlarda canlanma arzuolunan səviyyədə deyil, tədarük zəncirindəki fasilələr nəticəsində mal və xidmətlərin bahalaşması, Rusiya-Ukrayna müharibəsi nəticəsində artan geosiyasi risklərlə birlikdə  əmtəə, neft və qaz qiymətlərinin həddən artıq yüksək olması – bütün bunlar staqflyasiya ehtimalı ilə bağlı müzakirələrin çoxalmasına gətirib çıxarıb.

 

 

 

Son xəbərlər
Digər xəbərlər