“Əsas gözləntilərimiz ondan ibarətdir ki, Rusiya-Ukraynda müharibəsi 2023-cü ildə hazırkı parametrləri daxilində davam edəcək”.
Bu barədə “Fitch Ratings” beynəlxalq kredit reyting agentliyi Rusiya-Ukrayna müharibəsinin inkişaf etməkdə olan Avropa ölkələrinin kredit reytinqinə təsirini şərh edərkən bildirib.
Agentlik qeyd edib ki, müharibə insanlıq faciəsi olmaqla yanaşı, həm də regionda reytinqlərə görünməmiş təsir göstərib: “Münaqişənin başlamasından bir il sonra, inkişaf etməkdə olan Avropada stabil suveren reytinqlərin payı 2003-cü ilin sonundan bəri ən aşağı həddə çatıb. Stabil suveren reytinqlərin payı 2022-ci ilin fevral ayındakı 70%-dən bu ilin fevral ayında 36%-dək azalıb. Bu, indiyədək “Fitch”in suveren portfelindəki istənilən regionundan ən aşağı göstəricidir”.
“Fitch Ratings” hesab edir ki, müharibənin geo-siyasi nəticələri, iqtisadi sıçrayışlar və əlaqəli siyasi reaksiyaları inkişaf etməkdə olan Avropanın suveren kredit reytinqinin əsas hərəkətverici qüvvəsi olaraq qalacaq.