12 C
Baku
Saturday, November 23, 2024

“Fitch” SOCAR-ın hasilatında artım tempini proqnozlaşdırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hasilatı 2023-2025-ci illərdə təbii qaz hasilatının artması fonunda 0.5 faiz səviyyəsində artacaq.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarında deyilir.

“SOCAR-ın 2022-ci ildə neft və qaz hasilatı gündəlik 284 min barel olmaqla bütünlükdə stabil səviyyədə qalıb. Bu, Azərbaycanda neft hasilatının 6 faiz azalması və qaz hasilatının 7 faiz azalması fonunda baş verir. Azərbaycanda neft hasilatı tarixən azalıb və vəziyyətin əhəmiyyətli dərəcədə dəyişəcəyini gözləmirik. SOCAR-ın hasilatının 2023-2025-ci illərdə təbii qaz hasilatının artması fonunda hər il 0.5 faiz artacağını ehtimal edirik”, – deyə reytinq agentliyindən bildiriblər.

Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı, təbii qazın sənaye müəssisələrinə və Azərbaycan əhalisinə, habelə Avropaya tədarükü ilə məşğul olur.

Şirkət Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Almaniya və Ukrayna kimi ölkələrdə müxtəlif fəaliyyət, o cümlədən əsasən İsveçrə, Sinqapur və Nigeriyada ticari fəaliyyət göstərir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər