25 C
Baku
Saturday, July 27, 2024

“Fitch Solutions” Azərbaycanın iqtisadi artım proqnozunu azaldıb

“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) 2024-cü il üzrə Azərbaycanda iqtisadi artımın 2.6% təşkil edəcəyini proqnozlaşdırıb. Bu isə beynəlxalq şirkətin əvvəlki proqnozundan 0.5% bəndi azdır.

FS 2025-ci ildə isə Azərbaycanda iqtisadi artımın 3.3% olacağını proqnozlaşdırıb.

“Fitch Solutions” 2024-cü il üzrə nominal ÜDM-in 98.7 mlrd. dollara, 2025-ci ildə isə 108.1 mlrd. dollara çatacağını proqnozlaşdırıb.

“Azərbaycan iqtisadiyyatı onun neft-qaz sektoru ilə sıx bağlı qalacaq. Azərbaycanın ixracının 90%-i, gəlirlərinin isə 40%-i enerjiyə əsaslanır. Biz hökumətdən iqtisadiyyatın şaxələndirilməsi və özəlləşdirmə planlarını mərhələli şəkildə həyata keçirəcəyini gözləyirik. Hökumət iqtisadiyyatda öz izini əhəmiyyətli dərəcədə azaltmayacaq. Bu da qeyri-neft sektorunun inkişafına mənfi təsirlə yanaşı, birbaşa xarici investisiyaları cəlb edəcək” – “Fitch Solutions” əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər