10 C
Baku
Monday, December 9, 2024

“Fitch Solutions” Azərbaycanın Rusiyadan qaz idxalını artıracağını proqnozlaşdırır

“Azərbaycan daxili tələbatı ödəmək üçün Rusiyadan qaz idxalını artıracaq”.

Bu barədə “Fitch Solutions” (FS) şirkətinin ölkə risk qrupunun hesabatında qeyd edilib.

“Türkiyə ilə güclü əlaqələrindən bəhrələnən Azərbaycan Ukrayna müharibəsindən sonra Rusiya ilə münasibətlərini yaxşılaşdırıb. Rusiyanın Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə passiv dəstək verməsi, eləcə də Rusiyanın Türkiyədən iqtisadi asılılığının artması Azərbaycanla mövcud ikitərəfli əlaqələri istiləşdirib. Qeyd etmək lazımdır ki, Azərbaycanın böyük neft və qaz ehtiyatları və Avropanın enerji təchizatında artan rolu nəzərə alınmaqla, Azərbaycanın Rusiyadan iqtisadi asılılığı nisbətən aşağıdır. Azərbaycan və Avropa İttifaqı 2023-cü ildə tərəfdaşlıq sazişi əldə ediblər və bu razılaşmaya əsasən, blok 2027-ci ilə qədər Azərbaycandan qaz alışını iki dəfə artıracaq. Maraqlıdır ki, bu tələbləri ödəmək üçün Azərbaycan daxili ehtiyacların ödənilməsinə kömək etmək üçün Rusiyadan enerji idxalını artırmalı olacaq”- FS-nin şərhində əlavə edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər