Azərbaycanda inflyasiyanın 2022-ci ildəki 13 %-dən, bu il 9.5%-ə qədər yavaşlayacağı gözlənilir.
Bu barədə “Fitch Solutions” reytinq agentliyinin hesabatında deyilir.
“Fitch Solutions” bildirib ki, qiymətlərə təzyiqlərin yüksək olaraq qalacağını nəzərə alaraq, 2023-cü ildə pul siyasətində hər-hansısa yumşalma gözləmirik, Azərbaycan Mərkzəi Bankının (AMB) uçot dərəcəsini 8.25 %-də sabit saxlayağını proqnozlaşdırırıq.
“Bundan başqa, xərclərin 52 %-ni təşkil edən şəxsi istehlakın ÜDM-nin əsas komponenti olaraq qalacağını gözləyirik. Şəxsi istehlakda 2022-ci ildəki 4.5 %-lik artımın ardınca bu il 3.5 % daha yavaş böyümə proqnozlaşdırırlır.
Pandemiyadan sonra artan tələbat şəxsi istehlakı 2022-ci ildə xüsusilə güclü artırsa da, bəzi məlumatlar bu sürətin yavaşlayacağını göstərir. Məslən, 2022-ci ilin I yarısında yaşanan bərpadan sonra real əmək haqqı artımı yenidən yavaşlayır.
2021-ci ildə pandemiyadan sonrakı güclü bərpadan sonra, Azərbaycan Mərkəzi Bankının artan inflyasiya fonunda faiz siyasətini sərtləşdirməsi ilə əlaqədar ev təsərrüfatlarına verilən kredit artımı yavaşlamağa başlayıb”, – hesabatda deyilir.