5 C
Baku
Saturday, December 14, 2024

“Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Neft ixrac həcminin aşağı olmasına baxmayaraq, Azərbaycanın xam neft hasilatının 2024-cü ildə illik 4,3% artacağını proqnozlaşdırırıq.

Bu barədə “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib. Qeyd edilib ki, hasilatın artması ixrac həcmini də dəstəkləyəcək.

FS hesab edir ki, 2025-ci ildə neft ixracının əsas iqtisadi artıma 2,5 faiz bəndi həcmində töhfə verəcək.

“Fitch Solutions” həmçinin əlavə edib ki, aşağı neft qiymətləri hökumətin istehlakını 2024-cü ildəki 4,5%-dən 2025-ci ildə 3,4%-ə qədər azaldacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər