“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkəti Azərbaycanın inflyasiya proqnozunu azaldıb.
Bu barədə şirkətin ölkə üzrə hesabatında bildirilib.
FS 2025-ci il üzrə inflyasiya proqnozunu yenidən 4.0%-dən 3.5%-ə, 2026-cı il üzrə proqnozunu isə 4.4%-dən 4.2%-ə endirib. Başqa sözlə, “Fitch Solutions” inflyasiya gözləntilərini müvafiq olaraq 0.5% bəndi və 0.2% bəndi azaldıb.