“Fitch Solutions” 2022-ci il üzrə Azərbaycanda real ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu açıqlayıb.
Bu barədə reytinq agentliyinin “Europe Monthly Outlook Presentation” hesabatının sentyabr sayında bildirilib.
Hesabata əsasən, “Fitch Solutions” real ÜDM-in artım proqnozunu dəyişməyərək 5.12% müəyyən edib. Agentlik real ÜDM-in artımı ilə bağlı “Bloomberg Consensus”la birgə proqnozunu isə avqust ayındakı 3.85%-dən 4.2%-ə kimi artırıb.
“Fitch Solutions” 2022-ci il üzrə Azərbaycanda orta inflyasiya proqnozunu isə dəyişməyib və 7.8% olaraq saxlayıb. Agentliyin “Bloomberg Consensus”la birgə proqnozuna görə, orta inflyasiya bu ilin sonuna kimi 10.45% təşkil edəcək.
“Fitch Solutions” USD/AZN məzənnəsi ilə bağlı proqnozunu isə bu ilin sonuna kimi 1.70 AZN olaraq müəyyən edib.