9 C
Baku
Sunday, November 17, 2024

“Fitch Solutions”: Bu ilin ilk yarısında Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər

Biz inanırıq ki, 2024-cü ilin birinci yarısında Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə edilə bilər.

Bu barədə “Fitch Solutions”un Azərbaycanla bağlı proqnozunda bildirilib.

“Çox güman ki, sülh sazişində onun Naxçıvan anklavına Zəngəzur dəhlizinin yaradılmasına Azərbaycanın nəzarətini gücləndirmək müddəaları daxil olacaq. 2023-cü ilin sentyabrında Qarabağda uğurlu hərbi əməliyyatdan sonra Azərbaycan qısa və ortamüddətli perspektivdə regional təhlükəsizliyini gücləndirərək, parçalanmış separatçı region üzərində öz üstünlüyünü bərpa edib. 2024-cü ilin yanvarında keçmiş Dağlıq Qarabağ Respublikasının ləğvi bunun bariz nümunəsidir”- “Fitch Solutions”un şərhində əlavə edilib.

FS həmçinin, prezident İlham Əliyevin 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində rahat qələbə qazanacağını proqnozlaşdırıb: “Prezident İlham Əliyevin siyasi hakimiyyətinə ciddi şəkildə rəqib olacaq qüvvələr yox dərəcəsindədir”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər