11 C
Baku
Sunday, March 3, 2024

Fitch Solutions: Rusiyanın MDB məkanına siyasi və iqtisadi təsirləri azalacaq

Rusiyanın Müstəqil Dövlətlər Birliyi ölkələrinə (MDB) siyasi və iqtisadi təsir imkanları getdikcə azalacaq.

Bu barədə “Fitch Solutions” beynəllxaq reytinq agentliyinin 2023-cü il üzrə ölkələr üzrə risk və sənaye araşdırmaları ilə bağlı hesabatında bildirilib.

“2023-cü ildə biz inanırıq ki, Rusiyanın Mərkəzi Asiya və Qafqazdakı mövqeyi daha da aşağı düşəcək, çünki Ukraynadakı müharibə resursları və diqqəti ölkənin keçmiş “təsir dairəsindən” yayındırır. Rusiya regionlarda öz təsirini gücləndirmək üçün nəinki zəifləyəcək, həm də Mərkəzi Asiya və Qafqaz hökumətləri Rusiyanın iqtisadi və təhlükəsizlik dəstəyindən asılılığını azaltmaq üçün fəal səy göstərəcəklər. Qazaxıstan kimi daha böyük dövlətlər üçün Rusiyanın nisbi zəifliyi daha çox müstəqillik üçün fürsət təqdim edə, Ermənistan kimi daha kiçik dövlətlər isə Rusiyanı yeni tərəfdaşlarla əvəz etməyə çalışa bilər” -“Fitch Solutions” şərh edib.

Agentlik hesab edir ki, Rusiyanın regionda zəifləməsi onun rəhbərlik etdiyi qurumlarda (məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) və investisiya layihələrində görünəcək: “Biz Rusiyadan yan keçən ticarət yollarının və infrastrukturun gücləndirilməsinə daha çox sərmayə görməyi gözləyirik, çünki geniş əsaslı Qərb sanksiyaları Rusiyanın ticarət rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə azaldıb. Məsələn, noyabrın 26-da Gürcüstan, Türkiyə, Azərbaycan və Qazaxıstan rəsmiləri Türkiyəni Çinlə birləşdirən ticarət marşrutu olan “Orta Dəhliz”in daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər. Eyni şəkildə, biz Gürcüstan hökumətindən Gürcüstanın Qara dəniz sahilindəki Anaklia dərin su limanı layihəsini yenidən canlandıracağını gözləyirik. Əvvəllər layihə bir sıra siyasi səbəblərə, o cümlədən Kremlin plana qarşı çıxmasına görə ləğv edilmişdi”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər