9 C
Baku
Sunday, November 17, 2024

“Fitch Solutions”: “Total” Abşeron layihəsinin birinci fazasında işlərə başlaya bilər”

“2022-ci ilin iyulunda Azərbaycan Aİ ilə Avropaya qaz ixracını 2027-ci ilə qədər ikiqat artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq barədə saziş imzalayıb. Bizim neft və qaz üzrə komandamız sazişin COVID-19 pandemiyası ilə əlaqədar durğunluq yaranan “Şahdəniz 2” layihəsi də daxil olmaqla layihələrin davamlı şəkildə genişlənəcəyini gözləyir”.

Bunu “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Avropa ölkələri üzrə risk rəhbəri Anvita Basu deyib.

O bildirib ki, bura həmçinin, Ümid-Babək, AÇG Dərin Qaz və Şəfəq-Asiman layihəsi də daxildir. “Bundan əlavə, kəşfiyyat və yekun investisiya qərarının hazırlanması mərhələsində olan layihələrin, o cümlədən Total Energies Abşeron layihəsinin hazırda təxirə salınmış birinci fazasında işlərin başlayacağını gözləyirik”, – deyə Anvita Basu əlavə edib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər