“Fitch” beynəlxalq reytinq agentliyi 2017-ci ildə dünya üzrə ÜDM-in 2,9%-dək artacağını proqnozlaşdırır. “Fitch”in yaydığı məlumata görə, 2016-cı ildə qlobal ÜDM 2,5% artıb.
Məlumatda bildirilir ki, ABŞ iqtisadiyyatına yatırılan investisiyaların artması, inkişaf etmiş ölkələrin mərkəzi banklarının yumşaq pul-kredit siyasəti, Braziliya və Rusiyanın böhrandan çıxması qlobal iqtisadi artımın sürətlənməsinə səbəb olacaq.
Buna baxmayaraq agentliyin analitikləri qeyd edir ki, bu il Avrozonanın iqtisadi artımı ötən ilki 1,6%-dən 1,4%-dək geriləyəcək, Çində isə ÜDM-in 6,7%-dən 6,4%-dək azalacağı proqnozlaşdırılır.
“Fitch” qeyd edir ki, suveren reytinqlərin 21%-i üzrə proqnoz neqativdir və bu göstərici rekord hesab olunur.
APA