“Fitch”: Türkiyə banklarının likvidlik riski artıb

“Fitch” beynəlxalq reytinq agentliyi bəyan edib ki, Türkiyənin valyuta bazarındakı dalğalanma və kredit ödənişlərinin gecikməsi yerli bankların likvidlik riskini artırıb.

Banker.az bu barədə Report-a istinadən xəbər verir.

Agentlik bəyan edib ki, Türkiyə banklarında xarici valyuta ilə yerləşdirilmiş depozitlərin məbləği bu ilin iyul-avqust aylarında 12 mlrd. ABŞ dolları azalıb. Azalma xüsusilə bazar volatilliyinin artdığı avqust ayında baş verib.