16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Fitch” Türkiyənin kredit reytinqi üzrə proqnozunu pisləşdirib

Screen Shot 2021 09 02 at 14.34.20

“Fitch” beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yenidən “BB-” səviyyəsində təsdiqləyib.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, reytinq üzrə proqnoz “Sabit”dən “Mənfi”yə dəyişdirilib.

“Fitch” bəyan edib ki, Türkiyənin valyuta ehtiyatlarında tükənmə müşahidə olunur, pul siyasəti zəifdir, cari əməliyyatlar balansında kəsir var və bütün bunlar ölkənin xarici maliyyə risklərini artırır. Agentlik hesab edir ki, bu il Türkiyə iqtisadiyyatı 3,9% kiçiləcək, gələn il isə 5,4% böyüyəcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər