“Fitch” beynəlxalq reytinq agentliyi bəyan edib ki, Türkiyənin valyuta bazarındakı dalğalanma və kredit ödənişlərinin gecikməsi yerli bankların likvidlik riskini artırıb.
Banker.az bu barədə Report-a istinadən xəbər verir.
Agentlik bəyan edib ki, Türkiyə banklarında xarici valyuta ilə yerləşdirilmiş depozitlərin məbləği bu ilin iyul-avqust aylarında 12 mlrd. ABŞ dolları azalıb. Azalma xüsusilə bazar volatilliyinin artdığı avqust ayında baş verib.